Mobil versiya
Temperatur enəcək, yağış yağacaq
Tarix: 24-08-2021 | Saat: 15:39
Bölmə:Seçki 2024 | çapa göndər

Temperatur enəcək, yağış yağacaq

Avqustun 25-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AİA.Az-a verilən məlumata görə, yağışın əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Avqustun 25-i axşama doğru yağıntının tədricən kəsiləcəyi, 26-27-sı əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024