Mobil versiya
Qaxda narkotik və psixotrop maddə alverçiləri saxlanılıb
Tarix: 24-08-2021 | Saat: 13:31
Bölmə:Gündəm | çapa göndər

Qaxda narkotik və psixotrop maddə alverçiləri saxlanılıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AİA.Az-a verilən məlumata görə, üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Qədirov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin (“patı”) aşkarlanıb.

N.Qədirovun ətrafında davam etdirilən tədbirlərlə onun həmin psixotrop maddəni Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum olunmuş Nəriman Qurbanəliyevdən 50 manata aldığı müəyyən edilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində N.Qurbanəliyev də şübhəli şəxs qismində saxlanılıb. Onun Qaxbaş kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman oradan kağız və sellofan bükümlərdə narkotik vasitə olan heroin, elektron tərəzilər, eləcə də metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə