Mobil versiya
Vanqanın Qarabağla bağlı PROQNOZU
Tarix: 29-04-2016 | Saat: 09:06
Bölmə:Karusel | çapa göndər

Vanqanın Qarabağla bağlı PROQNOZU






Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların yenidən aktivləşməsi, ermənilərinf asiləsiz təxribatları Vanqanın 1990-cı illərin əvvəllərində Azərbaycanla bağlı verdiyi proqnozları yenidən aktuallaşdıraraq müzakirə mövzusuna çevirib.

AIA.az bildirir ki, əsl ad və soyadı Vanqeliə Pandeva Quşterova olan, "Vanqa nənə" kimi tanınan, 1996-cı ilin avqustun 11-də Bolqarıstanın Strumitsa şəhərində dünyasını dəyişən öncəgörücü 2018-ci ilin sonlarınadək Azərbaycanın öz torpaqlarına sahib olacağı demişdi.



Vanqanın proqnozlarından birində deyilirdi: "Siz çoxlu qan olan ölkədən gəlmisiz. Uşaqların ağlamağını eşidirəm, öz gəlinliklərini yandıran qızlar görürəm. Geri çəkilin. Siz tale ilə sizə qismət olmayacaqlar uğrunda mübarizə aparırsız. Məğlub olacaqsız. Bu hələ başlanğıcdır. Bədbəxtlik gətirən qızıl görürəm. Bütöv xalq zəncirdədir. Onlar heç nəyi unutmayacaq. Daha 30 il keçsin, onlar dözəcək lakin təslim olmayacaqlar. Sonra onlara öz torpaqlarının sahibi olmaq qismət olacaq. Və o zaman onları zəncirləyən hər şey ömürlük yoxa çıxacaq. Xeyir qalib gələcək və insanlar xoşbəxt yaşayacaqlar".



Vanqanın qohumu Krasimira Stoyanovanın dediyinə görə, hazırda "Vanqa nənə"nin proqnozları ilə bağlı çoxlu iddialar, hətta yalanlar var.
"Tibet, mason, teosof və s. təlimlərdən götürülmüş fikirləri Vanqa nənənin adı ilə bağlayırlar. Belə deyil. O, adətən siyasi proqnozlar vermirdi, ayrı-ayrı ölkələrin və xalqların taleyi barədə danışmağı sevmirdi. Amma mən biləni, onun Qarabağ münaqişəsi iəl açıqlaması olmuşdu", - K.Stoyanova deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024