“Dəmir yumruq” öz yerindədir
Tarix: 23-08-2021 | Saat: 09:48
Bölmə:Gündəm | çapa göndər
![“Dəmir yumruq” öz yerindədir](/uploads/posts/2021-08/1629697644_g-1.jpg)
Son vaxtlar Ermənistanda baş qaldıran revanşistlər yenə də sərhəd bölgələrində atəşkəsi pozur, müxtəlif təxribatlar törədərək, Azərbaycanı yeni oyunlara cəlb etmək istəyirlər. Ancaq unudurlar ki, 44 günlük Vətən müharibəsində onların başını əzən “dəmir yumruq” hələ də hazır vəziyyətdədir. Prezident İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın Kəlbəcər və Laçına səfəri zamanı dövlət başçımız “dəmir yumruğ”un yerində olması barədə Ermənistana və xarici havadarlarına növbəti dəfə mesaj göndərdi.
Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına, ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizə səfərləri “Böyük qayıdış” planının icrasına nəzarətlə bağlıdır. Həmin ərazilərdə görülən işlər, yeni infrastruktur layihələri ilə tanışlıq, həmçinin Ermənistanın son təxribatları kontekstində bu səfər olduqca əhəmiyyətlidir. Səfər zamanı dövlət başçımızın verdiyi mesajlar Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıqdır. Möhtərəm Prezidentimiz vurğuladı ki, Ermənistanın sərhəddə və Qarabağdakı təxribatları işğalçı ölkənin özü üçün çox ağır nəticələnə bilər.
Ali Baş Komandan həm də bu proseslərdə iştirak etmək istəyən digər güclərlə bağlı məsələyə xüsusi toxundu. Ermənistanla yanaşı, onun havadarlarına, erməniləri silahla təmin edən qüvvələrə bildirdi ki, İrəvan müxtəlif güclər tərəfindən təxribatlara təhrik edilə bilər, lakin bunun cavabını mütləq alacaq. Həmin qüvvələr nə qədər istəsələr də, münaqişəni yenidən alovlandıra bilməyəcəklər. 44 günlük Vətən müharibəsində düşmənin silahlı qüvvələrini darmadağın edən rəşadətli ordumuz daim Vətənin keşiyindədir. Ordumuzun gücləndirilməsi, müasirləşdirilməsi hər an Ali Baş Komandanın diqqət mərkəzindədir.
Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan sülh, əmin-amanlıq, əməkdaşlıq tərəfdarıdır. Biz bölgədə daimi sülhü yaratmaq üçün addımlar atırıq. Ermənistan da bu prosesdə öz revanşist iddialarına son qoyaraq , üçtərəfli bəyanatda nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirməlidir. Çünki sülhün yaradacağı reallıqlar Ermənistanın da maraqlarına uyğundur. Düşünürəm ki, həm Ermənistan, həm də onun havadarları bu xəbərdarlıqdan düzgün nəticə çıxaracaqlar.
ARAZ Abbasov,
QƏQİB-nin Göygöl rayon şöbəsinin sədri
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-02-2025
05-02-2025