Mobil versiya
“Taliban”dan qardaş ölkə ilə bağlı AÇIQLAMA: Türkiyəsiz bacara bilməyəcəyik
Tarix: 21-08-2021 | Saat: 13:40
Bölmə:Seçki 2024 / Dünya | çapa göndər

“Taliban”dan qardaş ölkə ilə bağlı AÇIQLAMA: Türkiyəsiz bacara bilməyəcəyik


"Əfqanıstan İslam Əmirliyinin digər ölkələrdən daha çox Türkiyə ilə dostluğa, dəstəyə və əməkdaşlığa ehtiyacı var".

AİA.Az haberler.com-a istinadən xəbər verir ki, bu fikiləri "Taliban"ın sözçüsü Suheil Şahin Çinin CGTN telekanalına verdiyi müsahibədə deyib.

"TRT Russian" nəşrinin İnstagram səhifəsində yerləşdirilən informasiyada Şahin bildirib ki, Əfqanıstan zəngin təbii sərvətlərə malikdir:

"Amma bizim onları əldə etmək imkanlarımız yoxdur. Hakimiyyətin oğurluğu səbəbindən bütün infrastrukturumuz dağılıb. Biz Türkiyə ilə sağlamlıq, təhsil, iqtisadiyyat, inşaat və enerji, mineralların emalı sahəsində əməkdaşlıq etmək istəyirik".

O, Əfqanıstanın gələcəyi üçün Çinə də mühüm əhəmiyyət verib:

"Çin böyük iqtisadiyyata və potensiala malik olan ölkədir. Düşünürəm ki, Əfqanıstanın yenidən qurulmasında Çinin əməyi az olmayacaq".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024