Mobil versiya
Müdafiə Nazirliyi gizirin vəfatı ilə bağlı məlumat yaydı
Tarix: 15-08-2021 | Saat: 15:53
Bölmə:Karusel / Media | çapa göndər

Müdafiə Nazirliyi gizirin vəfatı ilə bağlı məlumat yaydı


Müdafiə Nazirliyi bir ilə yaxın komada olan və daha sonra vəfat edən gizir Əhmədov Mirzə Balaqardaş oğlu ilə bağlı məlumat yayıb.

Nazirlik AIA.Az-ın sorğusuna cavab olaraq bildirib ki, gizir Əhmədov Mirzə Balaqardaş oğlu 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub:

"Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən vəfat edib. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir."





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə