Ana Sayfa > Karusel / Media > Müdafiə Nazirliyi gizirin vəfatı ilə bağlı məlumat yaydı
Müdafiə Nazirliyi gizirin vəfatı ilə bağlı məlumat yaydı15-08-2021, 15:53. Yazar: admen |
Müdafiə Nazirliyi bir ilə yaxın komada olan və daha sonra vəfat edən gizir Əhmədov Mirzə Balaqardaş oğlu ilə bağlı məlumat yayıb. Nazirlik AIA.Az-ın sorğusuna cavab olaraq bildirib ki, gizir Əhmədov Mirzə Balaqardaş oğlu 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub: "Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən vəfat edib. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir." Geri dön |