Mobil versiya
28 aprel: Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından 96 il ötür
Tarix: 28-04-2016 | Saat: 16:14
Bölmə:Seçilənlər-2 | çapa göndər




Bu gün Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsinin 96-cı ildönümü tamam olur. Cebhe.info xəbərə verir ki, sosialist inqilabının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci ilin aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Xalq Cümhuriyyətini (ADR) devirib. Sovet dönəmində aprelin 28-i Azərbaycanda “Sovet hakimiyyətinin qurulduğu” gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına “28 aprel” adı verilmişdi. Bakının şimal girişində “11-ci Qızıl Ordu” dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə də ucaldılmışdı.

Sonradan həmin ərazidə 1990-cı ilin 20 yanvarında Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetirdi. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti Nərimanovu ADR-i əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi. Nərimanov 1925-ci ildə Moskvada ikən müəmmalı şəkildə öldü.


Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024