Deputat tərəfindən şəhid övladı üçün təşəbbüs - FOTOLAR
Tarix: 12-08-2021 | Saat: 15:35
Bölmə:Gündəm | çapa göndər
96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə Goranboy rayonu Qarqucaq kənd şəhidi Aslanov Rəşad Taryel oğlunun qızı Aslanova Ceyhunə Rəşad qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Bərpa Mərkəzində müalicəyə başlayıb.
Deputatın köməkçisi Elçin Cahangirov Bərpa Mərkəzində şəhidin övladı ilə görüşüb, dövlət başçısının vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, şəhid ailələrinin övladlarına qayğı və xidmət göstərmək hər zaman bizim mənəvi borcumuzdur. Çünki qəhrəman atalarınız, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. Qələbəni şəhidlərimizin qanı, eyni zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq.
Şəhidin övladı və anası onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.
AİA.AZ
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-02-2025