“YAŞAT”ın əməkdaşları Türkiyədə müalicə alan ağır yaralı qazilərimizlə görüşdü - FOTO
Tarix: 12-08-2021 | Saat: 12:19
Bölmə:Parlament | çapa göndər
“YAŞAT” Fondunun əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə ağır yaralılarımızın müalicə şəraiti və proseduru ilə maraqlanıb, həkim heyəti ilə görüşlər keçirib.
Fonddan bildirilib ki, İstanbul, Bursa və Kocaeli şəhərlərində baş tutan görüşlər zamanı ağır yaralılarımızın müalicəsi istiqamətində ciddi irəliləyişlərin olduğu müşahidə olunub.
Xatırladaq ki, Türkiyəyə müalicə üçün göndərilən ağır yaralılarımızın müalicə və gündəlik xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanır. Eyni zamanda fond tərəfindən onlara müalicə müddətində aylıq xərclik verilir.
Qurum tərəfindən bu günə qədər 123 ağır yaralımız müalicə üçün Türkiyəyə göndərilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025