Mobil versiya
Nizami RİH-dən açıqlama
Tarix: 11-08-2021 | Saat: 19:30
Bölmə:Seçki 2024 | çapa göndər

Nizami RİH-dən açıqlama

Nizami Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, bu gün bəzi saytlarda Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 117, mənzil 83-də yaşayan vətəndaş Azadə Bəşirovanın Nizami Bələdiyyəsi tərəfindən onun həyat yoldaşı Bəşirov Elxan Bəşir oğluna 2005-ci ildə icarəyə verilmiş 375 kv.m torpaq sahəsində ticarət obyekti inşasına icazə verilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentini günahlandırması ilə bağlı məlumat verilib.

Məsələ ilə bağlı bildiririk ki, hazırda hər hansı bir ticarət və ya digər obyektin tikintisinə icazə verilməsi məsələləri paytaxtın Baş Planına uyğun şəkildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Bakı Şəhər və Nizami Rayon İcra Hakimiyyətləri, həmçinin Ticarət və Xidmət Departamentinin tikintiyə icazə vermək səlahiyyətləri yoxdur.
Eyni zamanda Azadə Bəşirovanın öz müraciətində qeyd etdiyi həmin küçədə digər vətəndaş tərəfindən inşa edilən obyektlə bağlı isə bildiririk ki, vətəndaşın həmin əraziyə xeyli əvvəllər aldığı mülkiyyət sənədləri vardır və bu tikilinin sökülməsi ilə bağlı Azadə Bəşirova müvafiq qaydada Məhkəməyə müraciət edə bilər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024