Mobil versiya
Bakıda AİLƏ FACİƏSİ - ata həbsxanada, oğul dəlixanada, gəlin qəbirdə - YENİLƏNİB
Tarix: 28-04-2016 | Saat: 15:14
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda AİLƏ FACİƏSİ - ata həbsxanada, oğul dəlixanada, gəlin qəbirdə - YENİLƏNİB

Aprelin 27-də Suraxanı rayonu Bülbülə qəsəbəsində törədilmiş qətl hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.Aia.az xəbər verir ki, Lent.az-ın hadisə yerində olmuş əməkdaşı xəbər verir ki, 64 yaşlı Yuri Rojkov gəlini, 34 yaşlı Berezuyeva İnna Eduardovnanı qətlə yetirərkən evdə onlardan başqa kimsə olmayıb. Belə ki, dünən evdə yemək bişirən İnna ondan 9 yaş kiçik olan həyat yoldaşı Valerini ərzaq almaq üçün mağazaya göndərib. Bu zaman gəlinlə qaynatası arasında bəlli olmayan səbəblərdən münaqişə yaranıb və Y.Rojkov oğlu ilə qeyri-rəsmi nikahda olan qadını 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Bildirilir ki, hadisəni törədən Y.Rojkovun həyat yoldaşı 1 ilə yaxındır vəfat edib. Onun böyük oğlu isə 15 yaşından ruhi əsəb xəstəxanasındadır. Özünün də ruhi-əsəb problemləri olan 64 yaşlı kişi bir müddət əvvəl dispanserdə müalicə olunurmuş. Onun kiçik oğlu Valeri isə anasının vəfatından sonra sevgi münasibətində olduğu İnnanı evə gətirib. Avtomobil və motosiklet təmiri ilə məşğul olan 25 yaşlı Valeri 1 ay əvvəl dispanserdə müalicə olunan atasını evə gətirərək normal həyata qayıtmasına kömək etmək istəyib. Maddi imkanı o qədər də yaxşı olmayan gənc oğlan imkan tapıb evi də təmir etdirib.

Qonşularının bildirdiyinə görə, Rojkov ailəsində irsi ruhi xəstəlik olub. Bununla belə, qonşular evin kiçik oğlu olan Valerini zəhmətkeş, sakit təbiətli şəxs kimi xarakterizə ediblər.

Hadisədən sonra polis tərəfindən saxlanılan Y.Rojkov ilkin ifadəsində qətli hansı səbəbdən törətdiyini izah edə bilməyib və olayı tam xatırlamayıb. O, həmçinin qorxduğu üçün qadına 18 bıçaq zərbəsi endirdiyini deyib.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024