Mobil versiya
Penitensiar xidmət və Baş Narkotiklərlə Mübarizə İdarəsi birgə ƏMƏLİYYAT KEÇİRDİ
Tarix: 09-08-2021 | Saat: 11:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

Penitensiar xidmət və Baş Narkotiklərlə Mübarizə İdarəsi birgə


Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları ilə birgə əməliyyat keçirib.

Penitensiar xidmətdən aia.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Şahin Mirsahib oğlu Ağayevin yaşadığı Lənkəran rayonu Göyşaban kəndindəki fərdi yaşayış evində saxladığı 55,106 qram narkotik vasitə “Heroin” və 19,134 qram psixotrop maddə “Metamfetamin” aşkar edilərək götürülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-02-2025