Mobil versiya
Toyda qaydaları pozan 1 nəfər həbs edilib, 3200 nəfər şənliyə buraxılmayıb
Tarix: 06-08-2021 | Saat: 11:03
Bölmə:Seçki 2024 | çapa göndər

Toyda qaydaları pozan 1 nəfər həbs edilib, 3200 nəfər şənliyə buraxılmayıb

Avqustun 5-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 298 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 246 şadlıq sarayında, 52 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
- 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 3200 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024