Mobil versiya
Ağsuda yanğının meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür - ETSN
Tarix: 05-08-2021 | Saat: 17:09
Bölmə:Gündəm | çapa göndər

Ağsuda yanğının meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür -



Ağsunun Gəgəli kəndinin yüksək dağlıq ərazisində başlayan yanğının meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Trend xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda əməkdaşlarımız da hadisə yerindədir, Fövqəladə Hallar Nazirliyi və yerli kənd camaatının köməyi ilə yanğının tez bir zamanda söndürülməsi və meşəyə keçməməsi üçün işlər görülür.

İ.İbrahimova bir daha vətəndaşlara müraciət edərək bildirib ki, havaların isti və quraq keçməsini nəzərə alaraq təbiətdə olarkən odla ehtiyatlı olsunlar, yanğın təhlükəsizliyi qaydalarına əməl etsinlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-02-2025