Mobil versiya
Toylarda monitorinq zamanı 68 nəfər cərimələnib, 1 nəfər saxlanılıb
Tarix: 05-08-2021 | Saat: 10:05
Bölmə:Ölkə | çapa göndər

Toylarda monitorinq zamanı 68 nəfər cərimələnib, 1 nəfər saxlanılıb

Avqustun 4-də Daxili İşlər Nazirliyinin (DİN), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 267 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən aia.az-a verilən məlumata görə, monitorinq 223 şadlıq sarayında, 44 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 2122 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024