Ana Sayfa > Ölkə > Toylarda monitorinq zamanı 68 nəfər cərimələnib, 1 nəfər saxlanılıb
Toylarda monitorinq zamanı 68 nəfər cərimələnib, 1 nəfər saxlanılıb5-08-2021, 10:05. Yazar: sevinc1 |
![]() Avqustun 4-də Daxili İşlər Nazirliyinin (DİN), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 267 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-dən aia.az-a verilən məlumata görə, monitorinq 223 şadlıq sarayında, 44 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: - 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib; - 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb; - 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib; - 2122 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. aia.az Geri dön |