Mobil versiya
Nazir müavini: “FHN-in 100 əməkdaşı meşə yanğınlarına görə Türkiyəyə göndərilir”
Tarix: 30-07-2021 | Saat: 18:44
Bölmə:Gündəm | çapa göndər

Nazir müavini:

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-in 100 əməkdaşını meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyəyə yardım göndərəcəyik”

Bu sözləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, bu, Türkiyəyə göndərilən birinci qrupdur.

General həm də qeyd edib ki, iki yanğınsöndürən helikopterimiz hazırdır. Əgər tapşırıq olarsa, onları da göndərməyə hazırıq.

“Əgər yanğınsöndürən maşınlara da ehtiyac olarsa, 50-dən çox yanğınsöndürən maşın da göndərə bilərik”, - deyə, Etibar Mirzəyev deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-02-2025