Mobil versiya
Azərbaycan Prezidenti keçirdiyi son görüşlərdə regionda yaranmış yeni reallıqlar barədə mühüm açıqlamalar verib
Tarix: 28-07-2021 | Saat: 16:05
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan Prezidenti keçirdiyi son görüşlərdə regionda yaranmış yeni reallıqlar barədə mühüm açıqlamalar verib



Son günlərdə Prezident İlham Əliyevin iştirakı ilə bir çox görüşlər, tədbirlər keçirilib, müxtəlif səviyyəli danışıqlar aparılıb. Bu görüşlərin əsas məğzi postmüharibə dövründə regionda yaranmış geosiyasi reallığın əməli müstəviyə keçirilməsi, bu prosesin mexanizmlərinin işlənib hazırlanmasıdır. Azərbaycan Prezidenti keçirdiyi son görüşlərdə regionda yaranmış yeni reallıqlar barədə mühüm açıqlamalar verib, ölkəmizin bu proseslərə münasibətini, regional təhlükəsizliklə bağlı mövqeyini ortaya qoyub.

Gəlin, bir anlıq geriyə qayıdaq, 44 günlük müharibədən əvvəlki və sonrakı dövrü xatırlayaq. Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ müharibəsini müvəffəqiyyətlə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük zəfərlə başa vurdu. Ermənilərin yaratdıqları mif dağıldı, onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı. İkinci Qarabağ müharibəsi iki ordunun, iki cəmiyyətin nə qədər fərqli dəyərlərin daşıyıcıları olduğunu da nümayiş etdirdi. Bu müddət ərzində baş verənlər regionun xəritəsini, reallıqlarını dəyişdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Ordumuzun şanlı zəfərlərində Prezident İlham Əliyevin Ali Baş Komandan qətiyyəti ilə bərabər, əsl böyük dövlət xadiminə, strateji təfəkkürlü siyasətçiyə xas müdrik qərarları da mühüm rol oynadı. İndi Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir.

Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat ölkəmizin maraqlarına cavab verən sənəddir. 2020-ci ilin noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktı imzaladı. Bəyanatda Dağlıq Qarabağın statusu haqqında ifadə olmadı. Qarabağa heç bir status, inzibati muxtariyyət verilmədi. Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qantökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və Bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsini təsdiqlədi. Bəyanata uyğun olaraq Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçın çıxarılması ilə bu bölgələri əlavə qan tökmədən, diplomatik qələbə hesabına geri qaytardıq.

Müharibə göstərdi ki, Azərbaycan xalqı böyük, vətənpərvər və dəmir iradəyə malik xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Xocalı qurbanlarının, şəhidlərimizin də qisası alındı. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bəzi mənfur xarici dairələrin öz çirkin planlarını həyata keçirmələrinə imkan vermədi. Azərbaycanın gücü milli birlikdədir, dini, etnik, regional, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərib Vətən naminə, Qələbə naminə Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız qələbələr Ümummilli Liderin dediyi “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” ifadəsini gerçəkləşməsi idi.

Ruslan Məmmədov,
YAP Göygöl rayon təşkilatının Quşqara bələdiyyəsi ərazi ilk partiya təşkilatının sədri
aiaşaz



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024