Mobil versiya
Bahar Muradova: Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir
Tarix: 27-07-2021 | Saat: 11:56
Bölmə:Karusel / Seçki 2024 | çapa göndər

Bahar Muradova: Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir

Bu gün Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Dövlətlərimiz və xalqlarımız arasında əlaqələr tərəfdaşlığa, dostluğa, qardaşlığa əsaslanır və iki dövlətin, xalqın maraqlarına uyğun inkişaf edir. Biz hər zaman, sevincli və kədərli vaxtlarımızda bir-birimizin yanındayıq.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Qadınlar Birliyinin sədri Ayşe Keşirlə görüş söyləyib.

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı Mustafa Kamal Atatürkün “Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir” ifadəsini xatırladan Bahar Muradova müasir Azərbaycan dövlətinin yaradıcısı ümummilli lider Heydər Əliyev Azərbaycan-Türkiyə bağlılığının dərin tarixi köklərini nəzərdə tutaraq söylədiyi “Bir millət, iki dövlət” kəlamı hər iki dövlətin strateji hədəflərindəki eyniliyin dəyişməz olduğunu bildirib.

Həmin strategiyanın yalnız iki dövlətin maraqlarına deyil, bölgədə sülh və sabitliyin qorunub saxlanılmasına xidmət etdiyini bildirən komitə sədri ötən ilin payızındakı 44 günlük müharibənin nəticələrindən danışaraq deyib: “Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə parlaq Qələbə qazandı və bu Zəfərin əldə olunmasında qardaş Türkiyənin siyasi, mənəvi dəstəyi böyük rol oynadı”.

Qazanılan Qələbənin regionun həyatında oynayacağı müstəsna rol barədə danışan Bahar Muradova Azərbaycan-Türkiyə ittifaqının təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanması mərasimində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarında bölgədə və dünyada sülh naminə çağırışlar etdiklərini bildirib.

YAP ilə AKP arasında əməkdaşlığın inkişafı istiqamətlərindən söz açan komitə sədri deyib: “Münasibətlərin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflər ardıcıl surətdə həyata keçiriləcək. Bu istiqamətdə partiyamızın qadınları da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər”.

AKP Qadınlar Birliyinin sədri Ayşe Keşir mətbuatda çalışdığı illərdən Azərbaycanla yaxından maraqlandığını bildirib. O deyib: “Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” olduğumuzu dünyaya elan edirik. Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan partiya fəaliyyətində qadınların roluna xüsusi diqqət yetirir. Bu, mənim Azərbaycana ilk səfərim deyil. Mən Şuşada Bəyannaməsi imzalanan zaman da orada idim. 44 günlük savaşı yaxından izlədik, Şuşaya Azərbaycan bayrağı taxılanda ağladım. Şuşaya böyük sevinclə getdim. Dərdimiz dərdiniz, sevinciniz sevincimizdir”.

Türkiyənin hakim partiyasında qadınların yeri və rolunu xatırladan Ayşə Keşir bildirib ki, AKP-nin 5,5 milyon üzvü var. “Partiyanın rəhbər orqanlarında yer alanların 20-25 faizi qadınlardır. Partiyanın Gənclər Birliyinin üzvləri sırasında da qadınlar var. Ancaq biz bununla bərabər, partiyada Qadınlar Birliyində təşkilatlanmışıq. Biz qadınların ictimai həyatda fəallığı, təhsili, iş imkanlarının artırılması istiqamətində çalışmışıq və sədrimiz Rəcəb Tayyib Ərdoğan da qadınların hüquqlarının təmin olunmasına xüsusi diqqət göstərir”, - deyə o qeyd edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024