AZ RU Mobil versiya
Casusluqda ittiham olunan ermənilərin məhkəmə prosesi iyulun 28-nə qədər təxirə salınıb
Tarix: 26-07-2021 | Saat: 16:58
Bölmə:Gündəm | çapa göndər

Casusluqda ittiham olunan ermənilərin məhkəmə prosesi iyulun 28-nə qədər təxirə salınıb

Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, 15 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Təqsirləndirilən şəxslər Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç ittiham üzrə özlərini qismən təqsirli biliblər. Bildiriliblər ki, Azərbaycan dövlət sərhədini qanunsuz keçiblər.

Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadəsi ziddiyət təşkil edib.

Prosesdə fasilə elan edilib.

Fasilədən sonra prosesdə Gevorg Sujyanın istintaqa verdiyi ifadənin davamı elan edilib.

Gevorg Sujyan istintaqa verdiyi ifadəni təsdiqləməyib.

Prosesin davamında digər təqsirləndirilən Davit Davtyan sərbəst ifadə verib.

O da Gevorg Sujyanla eyniməzmunlu ifadə verib.

Davit Davtyanın da istintaqa verdiyi ifadə elan edilib.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiqləməyib.

Proses iyulun 28-nə qədər təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

583 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2021
24-09-2021