AZ RU Mobil versiya
İsti havanın COVID-19-a təsiri açıqlandı
Tarix: 17-07-2021 | Saat: 10:50
Bölmə:Karusel / Manşet | çapa göndər

İsti havanın COVID-19-a təsiri açıqlandı


Anomal istilər insan immunitetinə neqativ təsir göstərə bilər. Bu isə pandemiya dövründə xüsusən təhlükəlidir.

AİA.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Unison" somnoloq xidmətinin rəhbəri, həkim nevroloq-somnoloq Yelena Tsareva xəbər verib.

Onun sözlərinə görə, isti, yuxunu poza bilər, bu isə orqanizmdə bir sıra funksiyaların pozulmasına gətirir.

"İstidə yuxu pozulur. Bu onunla əlaqədardır ki, yuxunun ən dərin vaxtı orqanizmin temperaturu bütün gün üçün ən minimal temperaturda olur. Ətraf mühit bədən temperaturunun düşməsinə imkan verməsə yuxu səthi olacaq. Bundan başqa oyanma və termortənzimləmədə (orqanizmin normal temperaturu saxlamaq üçün istilik hasilatı və istilik itirilməsi proseslərini balanslaşdırmaq qabiliyyəti) pozğunluqlar ola bilər. Bu isə nəbzin sürətlənməsinə və meyilli insanlarda təzyiqin qalxmasına səbəb ola bilər", - deyə mütəxəssis vurğulayıb.

"Yuxu pozğunluğu immuniteti (o cümlədən koronavirusa qarşı) zəiflədə bilər", - deyə həkim xəbərdarlıq edib.

"İnsan pis yatarsa, bir gecə kifayətdir ki, immunitetdən məsul olan T-hüceyrələrin miqdarını azalsın. Hətta bir yuxusuz gecə xəstələnmə riskin bir neçə dəfə artırır. Viruslu xəstəlikərə yoluxma riski də bir neçə dəfə artır", - deyə həkim vurğulayıb.

Yuxunu yaxşılaşdırmaq üçün Tsareva otağı havalandırmağı və isti havada odeyal örtməməyi tövsiyə edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

6117 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2021