Mobil versiya
Azərbaycan iqtisadiyyatında özəl sektorun böyük rolu vardır
Tarix: 16-07-2021 | Saat: 13:50
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan iqtisadiyyatında özəl sektorun böyük rolu vardır

Dinamik inkişafını davam etdirməklə strateji hədəflərə doğru irəliləyən ölkəmiz qeyri-neft sektorunun nəzərəçarpacaq artımı hesabına neft-qaz sektorundan asılılığın azaldılması, investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə pozitiv göstəricilərə imza atdı.

Son illərdə pandemiya ilə əlaqədar dünyada iqtisadi durğunluq nəzərə çarpdığı bir halda, Azərbaycanda Prezident Cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində iqtisadi göstəricilərdə yüksəliş qeyd olunur. Regionların sosial-iqtisadi inkişafına və biznes mühitinin liberallaşdırılmasına istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji valyuta ehtiyatlarının artımına imkan yaratdı.

Müasir dövrdə Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın azaldılmasında sənaye potensialının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bunu da qeyd etmək istərdim ki, yüngül və aqrar sənayenin inkişafı kənd təsərrüfatının inkişafı üçün stimul yaradır. Azərbaycan hazırda inkişafın elə yüksək mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər ilk növbədə bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Sənaye potensialının gücləndirilməsi dedikdə, söhbət keçmiş ittifaq dövründə olduğu kimi, Dövlət nəzarətindəki strateji müəssisələrin yaradılmasından getmir.Dövlətin bu sahədəki siyasəti sahibkarlığa kömək tədbirlərinin davamıdır və prespektivli, iqtisadi baxımdan səmərəli sənaye kompleksini formalaşdırmaqdır.


Dövlət Başçısı Cənab İlham Əliyev hesab edir ki, hökümət öz tərəfindən bu cür müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layihələr həyata keçirilməsinə etibarlı təminat mexanizmləri yarada bilər. Qarşıdakı illərdə beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi ölkəmizin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir. Onu da qeyd etmək istərdim ki, Prezident Cənab İlham Əliyev nəinki özəl sektorun inkişafına hərtərəfli şərait yaradır, həmçinin iqtisadiyyatın bəzi sahələrinin ilk mərhələdə Dövlət sektoru kimi inkişafını da dəstəkləyir. Məhs bunun nəticəsində Azərbaycanın müdafiə sənayesi inkişaf edir.

Azərbaycanın müdafiə sənayesinin müəssisələrində istehsal olunan pilotsuz uçuş aparatları və digər hərbi texnika Vətən müharibəsində erməni işğalçıları üzərində qazanılan qalibiyyətdə böyük rol oynamışlar.

Azad olunmuş rayonlarımızda kəndlərin, qəsəbələrin, şəhərlərin bərpası, infrastrukturun yaradılması Prezident Cənab İlham Əliyevin əsas məqsədlərindəndir. Bu rayonlarda ağıllı şəhərlərin (Smart Sity) və ağıllı kəndlərin (Smart Village) tikilməsi, kənd təsərrüfatı sektorunun inkişafı, öz dədə-baba yurdlarına qayıdan vətəndaşlarımızın nəinki müasir yaşayış yerləri ilə təmin olunmasına şərait yaradacaq, həmçinin iş yerlərinin açılması da təmin olunacaqdır. Bununla yanaşı öz yurdlarına köçmüş vətəndaşlarımız fermer təsərrüfatları qurmaqla da ölkəmizin iqtisadiyyatına qatqıda bulunacaqlar. Kənd təsərrüfatı məhsulları ixracının artırılması, istehsalçı və istehlakçı maraqlarının qorunması, ərzaq bazasının səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə əlavə tədbirlər müəyyənləşdirilmişdir. Bu sahədə beynəlxalq təcrübə, xarici ölkələrin iri fermer təsərrüfatları ilə qarşılıqlı əməkdaşlığa və qabaqcıl təcrübəyə istinad olunacaq. Aqrar-sənaye kompleksinin inkişaf strategiyasının həyata keçirilməsi üçün Dövlət dəstəyi tədbirləri beynəlxalq təcrübəyə uyğun həyata keçiriləcək. Bu məqsədlə əlavə tədbirlər həyata keçirilir, kənd təsərrüfatının sığortalanması mexanizmi təkmilləşdirilir, özəl bankların və kredit təşkilatlarının bu sektora investisiya qoyuluşları təşviq olunur. Layihə çərçivəsində aqrar sahəyə maliyyədəstəyi və özəl bankların bu istiqamətdə kapitallaşmanı gücləndirmək, yeni kredit və bank tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur.Ölkə Prezidenti hər zaman kənd təsərrüfatını Ölkəmizin iqtisadiyyatındakı əhəmiyyətini dəyərləndirərək bu sahənin artan inkişafının təmin edilməsinə xüsusi fikir verir.

Prezident Cənab İlham Əliyev kənd təsərrüfatı sahəsini ölkə iqtisadiyyatının qeyri-neft sektorunun prioritet sahəsi olduğunu göstərib. Ölkəmizdə aparılan aqrar siyasətin əsas məqsədi əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, aqrar sənayenin inkişafı və ixracatın stimullaşdırılmasıdır. Bütövlükdə bütün özəl sektorda olduğu kimi aqrar sahədə də tətbiq edilən tədbirlər kənd təsərrüfatında sahibkarlıq üçün əlverişli fəaliyyət şəraitinin yaradılmasına, fermerlərin qazancının artırılmasına və rəqabətə davamlı kənd təsərrüfatı məhsullarının istehsalına yönəlib.

Faiq Xalıqov,
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin
metodiki kabinetini müdiri





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024