Şəhid ailələri və müharibə əlilləri dövlətin qayğısı altındadır
Tarix: 16-07-2021 | Saat: 09:43
Bölmə:Gündəm | çapa göndər
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu dövlət siyasəti onun layiqli davamçısı ölkə başçımız cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir.
Beləliklə, bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Bu siyasətin davamı olaraq, iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etməsi və daha sonra onlarla görüş keçirməsini göstərmək olar. Mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevə 810 mənzilli yaşayış kompleksi barədə məlumat verərək bu dəfə 300 şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunacağını bildirmişdir.
Azərbaycan dövləti tərəfindən müharibə əlillərinin normal həyata qayıtmalarının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülməklə yanaşı onların məşğulluq məsələləri də həll olunur. Məşğulluq məsələsində özəl sektorun fəal iştirak etdiyini cənab Prezident İlham Əliyev çıxışında xüsusi vurğulamış, özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlətin çox böyük işlər gördüyünü və indi də özəl sektorun, sahibkarların öz sosial məsuliyyətini göstərdiyini bildirmişdir. Cənab Prezident eyni zamanda, məşğulluq marafonuna 200-dən çox sahibkarın qoşulduğunu və 160 qazinin işlə təmin olunduğunu da qeyd etmişdir.
Görülmüş işlərin statistikasına nəzər saldıqda, əminliklə qeyd etmək olar ki, ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə atılan addımlarla Azərbaycan dünyada nümunəvi ölkə statusundadır. Qısaca, Azərbaycan dövləti sosial təminat sahəsində çox genişmiqyaslı və düzgün siyasət aparır. İlk növbədə, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunur və vətəndaşlarımız arxalarında güclü Azərbaycan dövlətinin dayandığını dərk edirlər. Xüsusilə, həssas kateqoriyadan olan insanlar dövlət başçısının apardığı bu humanist siyasətin uğurlu nəticələrini gündəlik həyatlarında hiss edirlər. Bu baxımdan, vətəndaşlarımızın dövlətimizə inamı və etimadı ən yüksək səviyyədədir və bu inamı heç bir qüvvə sarsıda bilməz.
Ümumiyyətlə, bu sahədən danışarkən Azərbaycanda həyata keçirilən dövlət siyasətində sosial sahənin prioritet olaraq qaldığını, bu sahədə nəzərəçarpan işlər görüldüyünü qeyd etmək vacibdir. Burada əhalinin həssas kateqoriyalarının, xüsusilə şəhid ailələrinin, müharibə əlillərinin sosial-rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması əsas yer tutur. Məhz bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünyada təkcə ən islahatçı, dinamik inkişaf edən, sabit, təhlükəsiz ölkə deyil, eyni zamanda, sosial dövlət kimi də tanınır.
Manaf Manafov
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-02-2025