Mobil versiya
Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə daim böyük diqqət göstərilir
Tarix: 15-07-2021 | Saat: 21:34
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan dövləti  tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə daim böyük diqqət göstərilir


Əsrlərdir qonşu deyib qapılarımızı açdığımız, qədir bilməz, çörəyi dizlərinin üstündə olan ermənilər və ermənipərəstlər zülmün hər vasitəsindən istifadə edib, insanlıqdan kənar hər yola əl atıblar. XX əsrin əvvəllərindən ta sonlarına kimi biz erməni dığalarının əsl simasını görüb, onların dişisinin də, erkəyinin də eyni xislətdə olduğunun şahid olmuşuq. Hünər Azərbaycan xalqına ki, bu əzablara, qətliamlara tab gətirmiş, düşmənini yoluna qaytarmaq üçün hər cəhdi etmişdir. Amma nə edək, qarşımızdakı düşmən insan cildində görsənsə də əslində ən xain heyvandan fərqli deyil. Bir zamanlar ermənilər Sovetlər dönəmində etdikləri yaltaqlıqlar ilə, xain addımlarla indiki Ermənistan adlandırdıqları Tarixi Azərbaycan Torpaqları "Zəngəzur", "Dərələyəz", "Zəngibasar", "Sərdarabad", "Kərbibasar", "Şörəyel", "Dağ Borçalı", "Dərəçiçək - Qırxbulaq", "Göyçə" mahallarından və özlərinə paytaxt edib adını Yerevan etdikləri "İrəvan" şəhərindən azərbaycanlıların kütləvi şəkildə köçürülməsini həyata keçirmişlər. Bununla da kifayətlənməyən acgöz, şovinist ermənilər bu dəfə də Qarabağımıza göz dikdi amma ataların yaxşı bir sözü var "özgə atına minən tez düşər". Ermənilər də az qala 30 il çəksədə də nəhayət o “at”dan düşdü. Üstəlik elə rəzil bi şəkildə düşdülər ki, bütün dünya onların acizliyinə, qorxaqlığına şahidlik etdi. Bugün “Dəmir Yumruğ”umuzun dadını görən ermənilər bilirlər, hiss edirlər ki, o yumruq başlarının üstündədir və hər an başlarının ortasından dəyə bilər.
Məlumat üçün bildirək ki, 07 iyul tarixində Cənab Prezidentimizin verdiyi fərmana əsasən “Qarabağ” və “Şərqi Zəngəzur” iqtisadi zonaları yaradıldı. Deməli, artıq rəsmi olaraq "Dağlıq Qarabağ" deyə bir ərazi yoxdur, yalnız Qarabağ vardır. Bu çox böyük irəli görüşlü və siyasi bir addımdır. Beləki, Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması, gələcəkdə Qərbi Zəngəzurunda Azərbaycana geri qaytarılması üçün atılan addımlardan sadəcə biridir. Ölkə başçımızın da dediyi kimi biz öz tarixi torpaqlarımıza geri qayıdacağıq. Gec və ya tez bu baş verəcək. Ermənilər istəsə də istəməsə də, qəbul etsə də etməsə də qurduqları dövlət Azərbaycan xalqının dədə-baba yurdudur, bütün tarixi kitablarda da bu sübut olunmuş, danılmaz bir faktdır. Necə ki, biz işğal edilmiş torpaqlarımızdan erməniləri iti qovan kimi qovub çıxardıq, eləcə də tarixi torpaqlarımıza qayıda biləcək gücdəyik.
Ümid edirəm ki, ermənilər sülh müqaviləsinin onlar üçün nə qədər mühüm olduğunu tez bir zamanda anlayar və bu istiqamətdə danışıqlara başlayarlar yoxsa bütün bunlar ermənilər üçün ağır bir şəkildə nəticələnəcək. Onlar nəhayət anlamalıdırlar ki, Ermənistanla sərhədyanı ərazilərdə və rus sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdəki başıboş erməni əsgərlərinin müxtəlif növ silahlardan istifadə edərək ordumuza və dinc əhaliyə qarşı yenə atəş açaraq zorakı addımları onlara baha başa gələ bilər. Sülh onlar üçün yeganə düzgün addımdır. Yalnız sülhlə onlar öz gələcəklərin təmin edə bilərlər.
Vətən müharibəsində Şanlı zəfəri bizlərə, Azərbaycan xalqına bəxş edənlər isə bizim qəhrəman şəhidlərimiz, qazilərimiz və döyüşçülərimiz oldu. Düşmən özündən arxayın bir şəkildə 30 illik planlı şəkildə qurulmuş istehkamlarının arxasında durub “artsax”larını qoruyurdular amma hesaba qatmadıqları bir şey var idi, o da Azərbaycan əsgərinin qəlbindəki qisas hissi, vətən eşqi, ermənilərin 100 ildən çoxdur başımıza açdıqları oyunların nifrəti. Bütün bu hisslər Azərbaycan əsgərinə dünya tarixində görülməmiş, bir qələbə bəxş etdi. Təəssüf ki, qalibiyyət itkisiz olmur. Azərbaycan xalqı da itki verdi. 3 minə yaxın qəhrəmanımız şəhid oldu, 11 minə yaxın döyüşçümüz müxtəlif növ bədən xəsarətləri aldı. Allah bütün Şəhidlərimizə rəhmət etsin, ailələrinə səbr versin, qazilərimizə isə tez bir zamanda şəfa versin. Dövlətimiz Vətən Müharibəsində Şanlı qələbəmizdə əməyi olan hər kəsin qayğısına qalır. Şəhid ailələri mənzillərlə, sosial müavinətlərlə təmin olunur, əlillərimizin müalicəsi, protez və digər vasitələrlə təmin olunması dövlətimiz tərəfindən həyata keçirilir, müharibə iştirakçıları özünüməşğulluq proqramlarına cəlb olunur, onların həyat və məişət şəraitlərinin yaxşılaşdırılması üçün fəaliyyət göstərilir. Eyni zamanda, dövlətimizin müdrik siyasətinin nəticəsi olaraq, bu gün özəl sektorun sahibkarları şəhid ailələrinin, qazilərimizin və müharibə iştirakçılarının məşğulluğu üçün dövlətə tam şəkildə dəstəklərini göstərirlər. Görülən işlərdən, verilən bütün qərarlardan bariz şəkildə görünür ki, Azərbaycan hökuməti öz xalqının qayğısını çəkir, onun gələcəyini düşünür. Xalqla dövlətin bu vəhdəti böyük bir ailəni xatırladır, bəzən münaqişəli amma daim biri birinin arxa-dayağı olan böyük bir ailəni. Hər bir ailənin xoşbəxtliyini təmin edən onun başçısıdır, Azərbaycan adlanan bu ailənin xoşbəxtliyinin təməlini mərhum Ümumilli liderimiz Heydər Əliyev qoydu, cənab Prezidentimiz İlham Əliyev isə bu prossesi müdrik bir siyasətlə davam etdirir.


Süpay Məmmədov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
Vətən müharibəsi iştirakçilari və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024