Mobil versiya
"Beta" şirkəti ilə bağlanan müqaviləyə xitam verilə bilər - Hikmət Əlizadə
Tarix: 15-07-2021 | Saat: 16:50
Bölmə:Gündəm | çapa göndər

"Beta" şirkəti ilə bağlanan müqaviləyə xitam verilə bilər -

Lənkəran ərazisində yerləşən Haftoni meşəliyində "Beta" şirkətinə icarəyə verilən meşə fondu sahəsində ağacların qırılması faktı araşdırmalar nəticəsində təsdiqini tapıb və iş tərəfimizdən dərhal dayandırılıb.

Trend xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, ərazi təftiş olunub: "Qanunvericiliyə uyğun olaraq bununla bağlı yaxın günlərdə qərar veriləcək. Müqaviləyə xitam da verilə bilər".

Xidmət rəisi bildirib ki, meşələrin qırılması prosesi hər zaman olub, lakin ötən illərdə meşə qırılmaları 55 min kubmetr idisə, bu gün 10 min kubmetrə düşüb. 45 min kubmetr kəsintinin qarşısı alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-02-2025