Mobil versiya
Manaf Manafov: “Ölkəmizdə tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun olaraq getdikcə daha da möhkəmləndirilir”
Tarix: 14-07-2021 | Saat: 15:26
Bölmə:Gündəm | çapa göndər

Manaf Manafov: “Ölkəmizdə tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun olaraq getdikcə daha da möhkəmləndirilir”

“Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənmiş, bu sahə də dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də eyni funksiyanı uğurla yerinə yetirir.”

Bu sözləri Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatları Birliyinin rəisi, YAP Pirallahı rayon təşkilatının İdarə Heyətinin üzvü Manaf Manafov deyib.

Hakim partiya təmsilçisi deyib ki, bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi müqəddəs Qurban bayramı da əslində ölkəmizdə mövcud olan qardaşlıq və multikulturalizm ideyalarının təntənəsidir: “Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin nəticəsi olaraq Azərbaycan bu gün bütün dünyada tolerantlıq və multikulturalizmin beşiyi hesab olunur. Təkcə bunu demək kifayətdir ki, son illər ərzində Azərbaycan dövləti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində çox sayda beynəlxalq tədbirlər həyata keçirib. Ölkəmiz son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib. O cümlədən Qurban bayramı da Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir. Bu gün Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları mehriban ailə kimi yaşayırlar. Ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır.”

Daha sonra Manaf Manafov qeyd edib ki, bu gün ölkəmizdə dini bayramlarla bağlı ənənələrin davamlılığı və inkişafı birbaşa siyasi varislik xarakteri daşıyır: “Müstəqil Azərbaycana əhbərlik etdiyi illərdə ümummilli lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqımızı təbrik edir, o cümlədən Qurban bayramını tez-tez məcburi köçkün soydaşlarımızla birgə keçirirdi. Bu gün Azərbaycan artıq öz vətəndaşlarının köçkün statusuna son qoymuşdur. Lakin xalqı bayram münasibətilə təbrik etmək ənənəsi Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdi.

Qeyd etmək lazımdır ki, Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş etmişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində atdığı nnövbəti əməli addımlardan biri olmuşdur.”

Həmçinin Manaf Manafov deyib ki, Vətən müharibəsində Azərbaycan xalqının yazdığı Zəfər tarixinin də əsasında Qurban bayramı fəlsəfəsinin elementləri özünü qabarıq formada büruzə verir: “Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-02-2025