Mobil versiya
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid və qazi ailələrini ziyarət ediblər - FOTOLAR
Tarix: 13-07-2021 | Saat: 10:13
Bölmə:Gündəm | çapa göndər

YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid və qazi ailələrini ziyarət ediblər

YAP Şəmkir rayon təşkilatının nümayəndələri partiyanın fəal gəncləri ilə birgə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhid və qazi ailələrini ziyarət ediblər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev şəhid ailələrinin vəziyyəti ilə maraqlanıb və valideyinlərinə qəhrəman oğullar böyütdüklərinə görə təşəkkürnü bildirdi.

Görüşdə rayon təşkilatının fəalları Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin qisasının alındığını və düşmənə layiqli cavab verildiyini qeyd ediblər. Bildirilib ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də xalqımızın iftixar yeridir.

Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024