Mobil versiya
Göygöldə "Tovuz hadisələri Vətən müharibəsinin başlanmasında qığılcım rolunu oynadı" mövzusunda tədbir keçirilib - FOTOLAR
Tarix: 12-07-2021 | Saat: 18:07
Bölmə:Seçki 2024 | çapa göndər

Göygöldə "Tovuz hadisələri Vətən müharibəsinin başlanmasında qığılcım rolunu oynadı" mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının təşkilatçılığı ilə Göygöl rayon Heydər Əliyev Mərkəzində "Tovuz hadisələri Vətən müharibəsinin başlanmasında qığılcım rolunu oynadı" mövzusunda tədbir keçirib. Tədbirdən əvvəl Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov tədbirdəki giriş nitqində qeyd edib ki, Ermənistan 30 ilə yaxın idi ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla bərabər, həm də dövlət sərhədimizdə diversiya təxribatları törətməkdən çəkinmirdi. Təbii ki, ordumuzun ayıq-sayıqlığı qarşı tərəfin bütün niyyətlərini puça çıxarırdı: “Vətən müharibəsindən əvvəl Ermənistanın dövlət sərhədimizdə törətdiyi təxribatlar da qeyd edilən fikrin əyani sübutu idi. Belə ki, iyulun 12-də işğalçı ölkənin silahlı qüvvələri Azərbaycanın Tovuz istiqamətindəki müdafiə mövqelərinə artilleriya atəşi ilə zərbə endirməklə təxribat törətdi, dövlət sərhədimizi pozdu. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev erməni silahlı qüvvələrinin həmin təxribatından dərhal sonra Azərbaycan Silahlı Qüvvələrinə həlak olan hərbçilərimizin intiqamının alınması, onların qanının yerdə qalmaması üçün göstərişlər verdi, həmçinin müvafiq strukturlara beynəlxalq təşkilatların Ermənistanın bu diversiyası ilə əlaqədar dolğun məlumatlandırılmasını tapşırdı. Lakin bütün cavab tədbirləri erməni faşistlərini Azərbaycana qarşı yeni təxribatlar törətməkdən çəkindirmədi. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alındı və itkilər verərək geri çəkilməyə məcbur edildi”.

Göygöl rayon Heydər Əliyev Mərkəzinin əmkdaşı Arzu İbrahimova vurğulayıb ki, ötən il sentyabrın 27-də Azərbaycanın işğalçı Ermənistana qarşı başladığı əks-hücum əməliyyatı ilə təcavüzkarın 30 il ərzində işğal altında saxladığı əzəli-əbədi torpaqlarımız azad olundu: “Bu, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdəlik qabiliyyətinin və Azərbaycan Ordusunun qüdrətinin, döyüş ruhunun məntiqi nəticəsi idi. Bu qələbə, eyni zamanda, bütün dünyaya xalqımızın torpaq, yurd sevgisini, haqq-ədalət uğrunda mübarizə əzmini, yumruq kimi bir olmağını, milli birliyini nümayiş etdirdi, həmçinin şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qanlarının yerdə qalmadığını göstərdi. Azərbaycan 44 gün ərzində əldə etdiyi parlaq qələbə ilə Ermənistanın işğalına, saysız-hesabsız təxribatlarına son qoydu. Dövlətimizin başçısının vurğuladığı kimi, müzəffər silahlı qüvvələrimiz bu savaşla təkcə faşist Ermənistan dövlətini deyil, həm də insanlığa qənim kəsilən faşizmi məğlubiyyətə uğratdı”.

Tədbirdə, həmçinin YAP Göygöl rayon təşkilatının məsləhətçisi Cavid Əsgərzadə, Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəliyinin əməkdaşı Ayaz Qurbanov da çıxış edərək, vurğulayıblar ki, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun qeyri-adi şücaəti sayəsində xalqımız öz ərazi bütövlüyünü təmin edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024