Həsən Həsənov: “Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmizdə həyata keçirilən iqtisadi islahatların mühüm tərkib hissəsidir”
Tarix: 06-07-2021 | Saat: 14:00
Bölmə:Gündəm | çapa göndər
“Bu layihənin reallaşması ilə ölkəmizin dövlət büdcəsi gəlirləri daha da artacaq. Eyni zamanda da bu ərazidə çoxlu sayda müasir müəssisələrin fəaliyyət gərəcəyi nəticəsində 10 mindən çox yeni iş yerləri yaranacaq”.
Bu sözləri Ələt Azad İqtisadi Zonasının yaradılması ilə baglı Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Həsən Həsənov deyib.
Əməkadşımızın suallarını cavablandıran hakim partiya təmsilçisi bildirib ki, Ələt Azad İqtisadi Zonasının yaradılması ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında yenibir başlanğıcdır: “Bu ərazi xüsusi qanunlarla idarə olunduğundan investisiyaların cəlb ediciliyi baxımından daha əlverişli olacaqdır. Ələt Azad İtisadi Zonasında infrastruktur dövlət dəstəyi ilə qurulur. Bakı Beynəlxalq Ticarət Limanın bu ərazidə yerləşməsi və beynəlxalq nəqliyyat dəhlizlərin kəsişdiyi yerdə inşa olunması Ələt Azad İqtisadi Zonasının yüksək səmərəliliyini təmin edəcək. İqtisadi Zonaya sərmayə qoyacaq investorlar üçün gəlir gətirəcəyi məkan olmasıyla yanaşı ölkəmiz üçün də böyük əhəmiyyəti olacaqdır. İlk növbədə beynəlxalq müasir idarəetmə təcrübəsinə uyğun əlavə dəyər gətirəcək müasir istehsal sahələri qurulacaqdır. Bu ərazidə fəaliyyət göstərəcək şirkətlərlə ölkəmizin şirkətlərinin əməkdaşlığı genişlənəcək və iqtisadiyyatımızın dinamik inkişafına töhfə verəcək. Həm də bu ərazidə ixrac yönümlü müasir standartlara cavab verən mallar istehsal olunacaq. Zona ölkəmizin dövlət büdcəsi gəlirlərinin artmasına töhfə verəcəkdir. Həm də bu ərazidə çoxlu sayda müasir müəsisələrin fəaliyyət göstərəcəyini nəzərə alsaq, 10 mindən çox yeni iş yerlərinin yaranacağı qənaətinə gələ bilərik ki, bu da ölkədə işsizliyi azalmasına bir töhfə olacaqdır. Ümumiyyətlə Ələt Azad iqtisadi Zonasının istifadəyə verilməsi ölkəmizn iqtisadiyyatını neft sektorundan asıllığını azaldacaq və qeyri-neft sektorunun inkişafını sürətləndirəcək.”
Həsən Həsənov həmçinin qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş milli iqtisadiyyatın daha da şaxələndirilməsi, ölkənin ixrac potensialının tam reallaşdırılması kimi prioritetlərin təmin edilməsi baxımından da Ələt Azad İqtisadi Zonasının yaradılması qarşımızda böyük imkanlar açır: “Azərbaycan iqtisadiyyatı son illər dinamik inkişaf yolu ilə uğurla irəliləməkdədir. Ölkəmizdə innovativ iqtisadiyat quruculuğuna uyğun olaraq ən qabaqcıl və mükəmməl iqtisadi modellər tətbiq olunur. Sahibkarlığın inkişafının yeni modellərinin - xüsusi iqtisadi zonaların, sənaye park və məhəllələrinin tətbiqi istiqamətində əhəmiyyətli işlər aparılır. Bu baxımdan ölkəmiz üçün yeni iqtisadi hadisə olan Ələt Azad İqtisadi Zonaların yaradılması getdikcə geniş miqyas alan iqtisadi islahatların ən mühüm tərkib hissəsi hesab edilə bilər. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunmaqdadır. Bu siyasətin davamı kimi Cənab Prezident tərəfindən bu layihənin bünövrəsinin qoyulması yerli və xarici azad biznesə yeni potensial verilməsi, innovativ sənaye quruculuğuna geniş imkanlar yaradılması və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin yeni bir mərhələyə qədəm qoyması kimi qiymətləndirilməlidir. Ələt İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. Ümumi sahəsi 850 hektar olacaq zonanın 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Bu o deməkdir ki, artıq Ələt geniş sənaye zonası kimi öz qapılarını bütün investorların üzünə açıb və istehsal, emal, xidmət və digər fəaliyyətlərin həyata keçirilməsinə start veriləcək.”
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-02-2025