Mobil versiya
"Suqovuşan" elektrik stansiyası iki yaşayış məntəqəsini enerji ilə təchiz edəcək
Tarix: 06-07-2021 | Saat: 13:10
Bölmə:Seçki 2024 | çapa göndər

"Suqovuşan" elektrik stansiyası iki yaşayış məntəqəsini enerji ilə təchiz edəcək


İşğaldan azad edilən "Suqovuşan" su elektrik stansiyası istismar edilir.

Trend-in məlumatına görə, bunu "Mingəçevir" su elektrik stansiyasının direktoru Oqtay Pirverdiyev deyib.

O bildirib ki, hazırda "Suqovuşan" su anbarı kiçik su elektrik stansiyasıdır:

"Stansiya 3 aqreqatdan ibarətdir. Bu ilin yanvar ayından etibarən stansiyada sazlanma işləri başlanıb və iyunun əvvəlindən "Suqovuşan - 1" və " Suqovuşan - 2" stansiyaları istismara verilib . Həmin vaxtdan "Suqovuşan 1" stansiyası 600 min kilovatsaata qədər enerji istehsal edib və "Azərenerji" sisteminə ötürüb. Hazırda stansiya suvarmanın kəskin dövrü olduğu üçün işləmir, su kənd təsərrüfatı sahələrinə yönəldilir. Bu stansiyalar həm Suqovuşan qəsəbəsi və Talış kəndinin enerji təchizatını ödəyəcək, həm də artıq enerji 110 kilovoltluq Tərtər yarımstansiyasına əlaqələndiriləcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024