Mobil versiya
Ələt Azad İqtisadi Zonası Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün vacib layihədir
Tarix: 06-07-2021 | Saat: 09:38
Bölmə:Seçki 2024 | çapa göndər

Ələt Azad İqtisadi Zonası Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün vacib layihədir

Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlini qoyub. Ələt Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixrac yönümlü istehsalın təmin olunmasıdır. Layihənin hazırlanması ölkəmizin reqional mövqeyini gücləndirməyə şərait yaradacaq. Ələt Azad İqtisadi Zonası, həmçinin yerli istehsalın genişləndirilməsinə imkan verəcək. Çünki Zonada fərqli qeyri-neft məhsullarının istehsalı nəzərdə tutulub, bu da istehsalın genişləndirilməsi baxımından vacibdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində vacib layihələr icra olunub. Azad iqtisadi zonanın Ələtdə yaradılmasının səbəbi ondan ibarətdir ki, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. İlk növbədə ərazinin genişləndirilməsi nəzərdə tutulub. Ərazi 400 hektar sahəni əhatə edəcək, sonra isə həmin zonaya 600 hektar əlavə ərazinin artırılması nəzərdə tutulur. Ərazinin genişləndirilməsində əsas məqsəd daha çox sərmayənin cəlb edilməsi və iş yerlərinin sayının artırılmasıdır. Ələt Azad İqtisadi Zonası Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bütövlükdə ölkə iqtisadiyyatına investisiyanın cəlb edilməsi üçün vacib layihədir.

Ələt Azad İqtisadi Zonasının əsas üstünlüklərindən biri fəaliyyətinin beynəlxalq hüquqla tənzimlənməsidir ki, bu, zonaya hasilatın pay bölgüsünə uyğun statusun verilməsi deməkdir. Eyni zamanda, Azərbaycan hökuməti tərəfindən Ələt Azad İqtisadi Zonasında ilkin infrastruktur formalaşdırılacaq. Bütün bunlar xüsusən aparıcı xarici şirkətlərin investisiya qoyuluşunu təşviq etmək baxımından vacibdir. İstehsal edilən məhsulların bir qisminin daxili, bir qisminin isə xarici bazara çıxarılması təmin olunacaq.

Ələt İqtisadi Zonası Azərbaycan üçün texnologiya vasitələrinin cəlb edilməsi baxımından da vacibdir. Bu, yeni iş yerlərinin, xüsusən də ixtisaslı kadrların iş yerləri ilə təminatına müsbət təsir göstərəcək. Ələt Azad İqtiadi Zonası coğrafi yerləşmə baxımından da mühüm əhəmiyyət kəsb edir. Bunun zonada istehsal edilən məhsulların ixracı baxımından kifayət qədər böyük üstünlükləri var. Ələt İqtisadi Zonasının fəaliyyətə başlamasından sonra Azərbaycanın qeyri-neft ixracının da artacağı proqnozlaşdırılır. Bu, bir tərəfdən qeyri-neft sektorunda istehsal edilən məhsullarının, həcminin artmasına və bütövlükdə sektorun inkişafına zəmin yaradacaq. Həmçinin daxili bazara daha çox yerli istehsal olan məhsulların çıxarılmasına imkan verəcək. Nəzərə alsaq ki, Ələt paytaxta yaxın ərazidir, təbii ki, ixtisaslı kadrların daha yüksək maaşlı işlə təmin olunmasına şərait yaradacaq. Çünki bura xüsusən aparıcı şirkətlərin investisiya qoyacağı proqnozlaşdırılır”.

Siyavuş Quliyev,
YAP Göygöl rayon təşkilatının Sarısu kənd İƏD-i üzrə nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024