Mobil versiya
Fuad Nağıyev: Regional turizmin inkişafı məşğulluğun artmasına və yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək
Tarix: 01-07-2021 | Saat: 11:44
Bölmə:Karusel / Seçki 2024 | çapa göndər

Fuad Nağıyev: Regional turizmin inkişafı məşğulluğun artmasına və yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək

“Regional İnnovativ Turizm Məhsulu” (“RİTM”) Azərbaycanda regional turizmə həsr olunmuş ilk startap proqramıdır. Burada kənd turizmi, e-ticarət, kulinariya, ümumilikdə bir çox turizm və qonaqpərvərlik sahələrinə aid olan startaplar təşviq olunacaq.

Bu sözləri iyulun 1-də “Four Seasons” hotelində “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) sahibkarlıq proqramının təqdimat mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Regional turizmin inkişaf etdirmək qarşıda duran əsas vəzifələrdən biri olduğunu söyləyən Fuad Nağıyev deyib: “Sirr deyil ki, regional turizmin inkişafı məşğulluğun artması və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək. Bu səbəbdən “RİTM” proqramı xüsusi əhəmiyyət kəsb edir. Proqram, həmçinin bölgələrimizdə xidmət keyfiyyətinin artırılması, turizm məhsullarının sayının və növünün çoxaldılması, həm də dayanıqlı turizmin inkişafına töhfə verəcək. Ölkəmizin, eləcə də ayrı-ayrı regionlarımızın turizm potensialı çox zəngindir”.

“Hər bir regionumuzun özünəxas cəhətləri var. Bu fərqlilikləri nəzərə alaraq layihə şimalda Quba, Qusar, şimal-qərbdə Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Zaqatala, Qax, Balakən, Oğuz, cənubda Lənkəran, Lerik, Masallı, qərbdə Gəncə, Mingəçevir, Naftalan, həmçinin Naxçıvan və Bakını əhatə edəcək”, - deyə Fuad Nağıyev qeyd edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024