General Aydəmirov: "Ordumuz ermənilərə böyük zərbə endirsə..."
Tarix: 26-04-2016 | Saat: 16:11
Bölmə:Seçilənlər-6 | çapa göndər
"Çox güman ki erməni prezident həmin generallara ordu ilə bağlı müəyyən bir tapşırıq verib. Generallar isə həmin əmri yerinə yetirə bilməyəcəklərini və bunun mümkünsüzlüyünü deyiblər". Bunu ANS PRESS-ə Ermənistan prezidenti Serj Sarkisyanın generalları ordudan qovmasının səbəblərini şərh edən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
General Aydəmirov bildirdi ki, Ermənistan prezidentinin belə bir addım atmasına səbəb onun həmin generalların qarşısına qoyduğu tapşırığın, qovulan şəxslər tərəfindən icra edilə bilməməsi ilə bağlıdır.
General-leytenantın sözlərinə görə, işdən azad edilən hərbçilərin Sarkisyanın əmrinə qarşı çıxmalarının səbəbi ordudakı real vəziyyətdir. "Həmin generallar isə orduda olduqları üçün real vəziyyətdə Sarkisyanın tapşırığının qeyri-mümkünlüyünü bilirlər və bunu da ona məruzə ediblər. Bu isə, erməni prezidentin xoşuna gəlməyib”.
Y.Aydəmirov hesab edir ki, Sarkisyan bundan sonra ona sadiq və dediyini yerinə yetirən kadrları iş başına gətirmək istəyir: "Lakin onun bu islahatları da uzun müddətli olmayacaq. Çünki orduya gələcək şəxslər də Ermənistan ordusundakı bərbad vəziyyəti görüb Serjə məruzə edəcəklər, o da yenə həmin addımı atacaq".
General-leytenant Ermənistan prezidentinin müharibə çağırışları etməsinin səbəblərini də açıqlayıb: "Yəqin ki, Sarkisyan bir-iki topu, tüfəngi görərək öz güclərinə arxayın ola biləcəyini düşünür. Ancaq onun cəbhəxanasında olan silahlar Azərbaycan ordusu ilə bacarmaq qüdrətində deyil. Cəbhədə 4 gün baş verən döyüşlər zamanı ordumuzun qarşı tərəfə endirdiyi o qədər də böyük olmayan zərbələr nəticəsində, qarşı tərəfdə böyük həyəcan yarandı. Əgər ordumuz daha böyük zərbə endirsə, onların halı necə olacaq?”.
Y.Aydəmirov onu da əlavə edib ki, ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması da elə Sarkisyanın fikridir. Belə ki, o, bununla azərbaycanlı sakinlər həyəcan yaratmaq, qarşı tərəfin vətəndaşlarını isə sakitləşdirmək məqsədi daşıyır.
Serj Sarkisyan bir neçə yüksəkrütbəli hərbçini işdən çıxarıb. Onun əmri ilə Ermənistanın müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyanı işdən çıxarılıb.
İşdən qovulanlar arasında Baş qərargahın kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan da var.
Bu tədbirlərin Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun uğursuzluqları ilə bağlı olduğuna heç bir şübhə yoxdur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024