Mobil versiya
Şafiq Heydərov: “Cənubi Qafqazda sülhün və sabitliyin yeganə qarantı güclü Azərbaycan Ordusudur”
Tarix: 29-06-2021 | Saat: 09:00
Bölmə:Gündəm | çapa göndər

Şafiq Heydərov: “Cənubi Qafqazda sülhün və sabitliyin yeganə qarantı güclü Azərbaycan Ordusudur”

“Ölkə Prezidenti cənab İlham Əliyevin inamla yürütdüyü uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni təmin edən əsas amillərdən biri oldu. Aydındır ki, istənilən müharibədə qalib gəlmək üçün ilk növbədə güclü orduya sahib olmaq lazımdır. Güclü ordunu yaratmaq üçün isə insan resursları və müasir silahlar tələb olunur. Deməli, güclü ordu yaratmaq üçün əvvəlcə güclü iqtisadiyyata sahib olmaq lazımdır.”

Bunu sözləri Sabirabad suvarma sistemləri idarəsinin rəisi, YAP Sabirabad rayon təşkilatının üzvü Şafiq Heydərov deyib.

Müsahibimiz ilk növbədə bildirib ki, bu gün Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən irişmiqyaslı islahatlar sayəsində peşəkar, yüksək döyüş qabiliyyətinə malik və ən müasir silahlarla silahlanmış ordu formalaşıb: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti durmadan yüksəlir, maddi-texniki bazası möhkəmləndirilir. Bu gün artıq ölkənin Müdafiə Sənayesi müəssisələrində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biri kimi dəyərləndirlməlidir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Ötən 18 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin etdi. Bu tarixi hadisədən 4 il öncə baş vermiş 2016-cı il Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun qürur mənbəyinə çevrilmişdi. Məhz həmin qələbə Azərbaycan Ordusunun gücünü, əsgərlərimizin döyüş əzmini və ruh yüksəkliyini ilk dəfə bütün dünyaya nümayiş etdirdi. Həmin döyüşlərdə düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızın bir hissəsini azad edən Azərbaycan əsgəri Vətən qarşısında borcunu şərəflə yerinə yetirmək əzmində və gücündə olduğunu göstərdi.”

Daha sonra Şafiq Heydərov qeyd edib ki, Azərbaycan Ordusu Vətən müharibəsində əldə etdiyi Zəfərlə tarixi ədaləti bərpa etdi. Ermənistan öz layiqli cəzasını aldı və bundan sonra məğlub ölkə kimi yaşamağa məhkum olundu: “Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbə ədalətin təntənəsidir. Bu şanlı Zəfər birbaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son on səkkiz il ərzində həyata keçirdiyi düşünülmüş, praqmatik xarici və daxili siyasətin möhtəşəm nəticəsi olaraq əldə edilmişdir. 30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisələri ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. Nəticədə, ötən ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Bu möhtəşəm tarixi zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir. Müharibə nəticəsində işğalçı Ermənistan ordusu məhv edildi. Ermənistan özü isə bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq. Azərbaycan isə bundan sonra da güclənəcək, bizim hərbi qüdrətimiz getdikcə artacaq. Çünki Cənubi Qafqazda sülhün və sabitliyin yeganə qarantı güclü Azərbaycan Ordusudur

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-02-2025