Təranə Rəcəbli: “Bu gün bütün dünya Azərbaycanı qalib ölkə, qüdrətli dövlət kimi tanıyır”
Tarix: 28-06-2021 | Saat: 10:30
Bölmə:Gündəm | çapa göndər
![Təranə Rəcəbli: “Bu gün bütün dünya Azərbaycanı qalib ölkə, qüdrətli dövlət kimi tanıyır”](/uploads/posts/2021-05/1621425476_54.png)
“26 iyun Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edən bir gündür. 1918-ci ildə, məhz bu tarixdə Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Artıq neçə ildir ki, xalqımız bu günü təntənə ilə qeyd edir. Lakin məhz bu il ölkəmizdə Silahlı Qüvvələr Günü tamamilə fərqli bir ovqatda qeyd olundu. Çünki bu il biz artıq öz torpaqlarını işğaldan azad etmiş Qalib Ordumuzun yaradılması gününü qeyd edirik.”
Bu sözləri Sumqayıt 1 saylı Doğum Evinin baş həkimi, YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvü, əməkdar həkim Təranə Rəcəbli deyib.
Hakim partiya təmsilçisi qeyd edib ki, ölkəmizdə gedən mütərəqqi proseslərin, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin fonunda Ermənistanın hələ də Azərbaycana qarşı revanşist planlardan əl çəkməməsi eyni zamanda həm təəssüf doğuran, həm də gülünc bir haldır: “Azərbaycan artıq uzun illərdir ki, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən və bütün sahələri əhatə edən əsaslı islahatlar öz nəticələrini verməkdədir. Azərbaycanın iqtisadi qüdrəti gün-gündən artır, ölkənin beynəlxalq nüfuzu durmadan artır, insanlarımızın rifah səviyyəsi getdikcə yüksəlir. Hətta torpaqlarımızın işğal altında olduğu illərdə də bütün bu göstəricilər üzrə sürətli artım tendensiyası müşahidə olunmaqda idi. Bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan bu gün artıq öz ərazi bütövlüyünü də tam bərpa etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində tarixi Qələbəyə imza atan Azərbaycan artıq Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqlar isə öz növbəsində regionda yeni əməkdaşlıq və inkişaf perspektivləri açıb ki, bu yeni imkanlar da ölkəmizin daha da güclənməsini, qüdrətlənməsini şərtləndirir. Bütün bu proseslərin fonunda
Ermənistanın hələ də öz təxribatlarından əl çəkə bilməməsi əlbəttə ki, təəssüf və heyrət doğurur. Anlamaq olmur ki, qarşı tərəf nəyə ümid edir və məqsədi nədir? Əslində istənilən sivil dövlət ilk növbədə ölkənin çiçəklənməsi və vətəndaşlarının rifah yüksəlişinin təmin olunması üçün çalışmalıdır. Bunu Ermənistan hökuməti Azərbaycanın timsalında da müşahidə edə bilər. Lakin işğalçılıq siyasəti, düşmənçilik ideyaları Ermənistanı 30 il ərzində bütün iqtisadi inkişaf imkanlarından məhrum etdi. Nəticə göz qabağındadır. Düşünmək olardı ki, Ermənistan ən azından bundan sonra öz səhvlərini düzəltmək, heç olmasa bundan sonrakı regional əməkdaşlıq proqramlarında iştirak hüququ əldə etmək üçün Azərbaycanın mərhəmətlə ona təklif etdiyi imkanlardan yararlanmağa çalışacaq, səy göstərəcək. Lakin biz hələ də bunu müşahidə etmirik və bu, çox böyük təəssüf doğurur. Halbuki, Ermənistan artıq Azərbaycanın gücünə bələddir. Dövlətimizin başçısı dəfələrlə çox aydın və net şəkildə bəyan edib: “Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə var, dərhal düşməni yerindəcə məhv edəcəyik.” Buna heç kim artıq nə şübhə edə, nə də əngəl ola bilməz. O cümlədən, son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat da təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Buna görə də əgər Ermənistan hökuməti bundan sonra öz xalqına daha böyük məşəqqətlər yaşatmaq istəmirsə, Azərbaycanla münasibətlərində kəskin dönüş yaratmalıdır. Hələ ki, buna imkanlar var.”
Daha sonra Təranə Rəcəbli deyib ki, müasir texnologiyalara yiyələnən Azərbaycan Ordusu öz Qələbəsilə tarixi ədaləti bərpa edib: “44 günlük Vətən müharibəsindəki parlaq Qələbə şanlı ordumuzun gücünün və qüdrətinin göstəricisi oldu. Azərbaycan Ordusu heç vaxt mülki obyektləri hədəf almadı, dinc sakinlərə zərər vermədi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı dövlət-xalq-ordu birliyi yaratdı. Azərbaycan yaratdı bu reallığı. 27 ildir icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirildi. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük zəfərimizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasına əsaslanan Ermənistanın 30 illik işğalına son qoymaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Ordusunun adı dünya hərb tarixinə qalib ordu kimi düşdü.”
Sonda Təranə Rəcəbli bildirib ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edilib: “Bu gün Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor ölkəmizdə xüsusilə son 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amilidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, 2003-2020-ci illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. 17 il ərzində möhtərəm Prezidentimiz bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. 2005-ci ilə qədər Azərbaycan üçün əsas hüquqi bazanın yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri olduğu halda, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra ölkəmizi qane edən qətnamə qəbul etdi. Ardınca BMT Baş Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri buna oxşar qərar və qətnamələr qəbul etdilər. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu, həqiqətən də bizim ən böyük tarixi nailiyyətimizdir..”
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-02-2025
06-02-2025