Mobil versiya
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərdi
Tarix: 24-06-2021 | Saat: 09:32
Bölmə:Gündəm | çapa göndər

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərdi

Tarixi dostluğa söykənən, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın, ölkələrimizin qardaşlığı hər iki dövlət başçılarının çıxışlarında da hər zaman təsdiqlənir. Ümummilli Lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağımıza, işğaldan azad olunmuş torpaqlarımıza, mədəniyyət beşiyi Şuşamıza səfər etmiş ilk dövlət başçısı olması da təsadüfi deyil. Bu səfərdən, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması kimi tarixi hadisədən türk dünyası, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, həmrəyliyi bir daha güclənmiş, bir daha sıx tellərlə möhkəmlənmiş şəkildə çıxdı. Türkiyə Prezidenti Şuşaya səfər etməsi və iyunun 16-da Milli Məclisdəki tarixi çıxışı ilə bir daha dünyanın diqqətini Azərbaycana yönəltdi. Prezident Ərdoğan parlamentdə bir çox mühüm məsələlərə toxundu və birmənalı şəkildə dünyaya çatdırdı ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. O, çıxışında Cənubi Qafqazdakı sülh və əmin-amanlıqdan yalnız Azərbaycan deyil, Ermənistan da daxil olmaq üzrə bütün bölgə ölkələri, hətta bütün dünyanın qazanclı çıxacağını vurğuladı. Səfər zamanı, həmçinin Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanın da daxil olacağı altılıq platforması yaradılmasının vacibliyi vurğulandı. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcək. Çünki davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. 

Məlum olduğu kimi, regionda kommunikasiyaların bərpası və əməkdaşlığın formalaşması üçün əsas layihələrdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Belə ki, Türkiyə və Azərbaycan arasındakı imzalanmış Şuşa Bəyannaməsi ilə təkcə iki qardaş ölkəni deyil, bütün türk dünyasını, eləcə də Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi və bu proses sürətləndiriləcək.
Müttəfiqlik haqqında Şuşa Bəyannaməsində bu məsələnin əks olunması böyük məna daşıyır.

Bütövlükdə, işğaldan azad edildikdən sonra Qarabağa ilk səfər edən dövlət başçısının Türkiyə Prezidenti olması, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərdi. Ən əsası isə Azərbaycan və Türkiyənin növbəti mərhələdə əməkdaşlığını nəzərdə tutan sənəd bütün dünya ölkələri üçün nümunədir.

Vasif Əliyev,
YAP Göygöl rayon təşkilatının Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ ərazi ilk partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024