AZ RU Mobil versiya
Bakıda yollarda sıxlıq yarandı - BNA
Tarix: 24-06-2021 | Saat: 09:02
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda yollarda sıxlıq yarandı - BNA

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt və Bakıətrafı ərazilərdə tıxac yaranan yolların siyahısını açıqlayıb.

Agentlikdən Aia.az-a verilən məlumatda bildirilir ki, Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsin istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti), Tbilisi prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər, Şəhər mərkəzi istiqaməti), Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Qara Qarayev prospekti – (Qara Qarayev metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində), Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq yaranıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

661 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2021