Mobil versiya
Azərbaycanda abituriyentlər ən çox bu qrupu seçib
Tarix: 23-06-2021 | Saat: 15:43
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycanda abituriyentlər ən çox bu qrupu seçib

Azərbaycanda abituriyentlərin ən çox hansı qrupu seçdiyi məlum olub.

Aia.az-ın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında bildirilib.

Belə ki, 2020-ci ildə abituriyentlərin 36.66%-i (30980 nəfər) I qrupa, 16.85%-i (14237 nəfər) II qrupa, 26.75%-i (22608 nəfər) III qrupa, 6.11%-i (5160 nəfər) IV qrupa, 68.65%-i isə (58018 nəfər) V qrupa, bunlardan isə 46491 abituriyent V qrupla yanaşı digər qruplardan birinə də ərizə verib.

Qəbul planının və abituriyent ərizələrinin son iki il üzrə müqayisəli təhlili (bax: cədvəl 1.10) göstərir ki, bu il ali təhsil müəssisələrinə qəbul planının 1.58% artmasına baxmayaraq, ərizələrin sayının 17.64% artması müsabiqə vəziyyətinin 15.82% artmasına səbəb olmuşdur. Müsabiqə vəziyyəti, III və IV ixtisas qruplarında azalıb, I, II və V ixtisas qrupunda isə artıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024