Mobil versiya
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib - - FOTO
Tarix: 19-06-2021 | Saat: 14:13
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib -

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş heyəti ilkin hazırlıq məşqlərini başa çatdırıb.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, hərbi pilotlar hava məkanının uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını və marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, o cümlədən uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirib.
Eyni zamanda, müxtəlif ölkələri təmsil edən komandaların nümayəndələri hazırlıq məşqləri çərcivəsində uçuş boyu tapşırıqların yerinə yetiriləcəyi rayonlara baxış keçirib.

İyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi iştirak edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025