Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir
Tarix: 18-06-2021 | Saat: 10:56
Bölmə:Gündəm | çapa göndər
![Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir](/uploads/posts/2021-06/1623999446_22.jpg)
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Azərbaycan və Türkiyə arasında dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri möhkəmləndirən əsas amillərdəndir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olmuşlar. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli hadisə olub. Ümummilli Lider Heydər Əliyev bu hadisə haqqında fikrini belə ifadə etmişdi: "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Həmçinin Azərbaycan dövləti ağır dövrlərdə hər zaman Türkiyə dövlətinin yanında olmuşdur. Anadoluda 1919 – cu ildə Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan milli mübarizəyə azərbaycanlılar maddi və mənəvi yardım göstəriblər. Bu qurtuluş savaşda türk ordusu ölkəni işğal etmiş düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Bu zəfərin qazanılmasında türk xalqı ilə yanaşı, Azərbaycan xalqı da iştirak etmiş, şəhidlər vermişdir. 1923-cü il oktyabrın 29-da isə müstəqil Türkiyə Respublikası yaradılır.Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabrın 9-da onu tanıyan ilk dövlət Türkiyə olub. İki ölkə arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsində və inkişafında 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin bu istiqamətdə müstəsna xidmətləri olmuşdur.
Prezident İlham Əliyev Türkiyə ilə münasibətlərin inkişafına xüsusi diqqət ayırmış,Türkiyəyə dəfələrlə rəsmi və işgüzar səfərlərdə olub. Həmçinin Türkiyə dövlətinin rəsmiləri, rəhbər şəxsləri, o cümlədən siyasətçilər dəfələrlə Azərbaycanda səfərdə olmuşdur. Türkiyə Azərbaycanın sadəcə siyasi, iqtisadi sahədə strateji tərəfdaşı deyil, ticarət, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə ən mühüm əməkdaşıdır. Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını göstərən “Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun” sözlərində də ifadəsini tapır. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, ticari əlaqələr bu gün ən yüksək zirvədədir. Hər il Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Prezident İlham Əliyev Türkiyə və Azərbaycan birliyi, qardaşlığı haqqında bu sözləri söyləmişdir: Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir . Türkiyənin iştirakı olmadan heç bir məsələ həll oluna bilməz. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır. Türkiyənin dünya miqyasında çox güclü ordusu var. O dünya miqyasında ən güclü ordulardan biridir və həm Türkiyə, həm də bizim üçün bu, qürur mənbəyidir. Azərbaycanda baş verən 44 günlük vətən müharibəsində də Türkiyə Azərbaycanın daim yanında oldu. Türkiyə Azərbaycana həm mənəvi həm də diplomatik dəstək göstərdi. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmaz və əbədidir. Dahi lider Heydər Əliyevin bu iki qardaş üçün "bir millət, iki dövlət" ifadəsi tarixə qızıl həriflərlə yazılmışdır. Heydər Əliyevin bu ifadəsi Milli Konsepsiya hesab edilir. Bu Konsepsiya Azərbaycan Respublikasının bu sahədə rəsmi mövqeyinin əsasını təşkil edir. Türkiyənin mövqeyini isə dünyanın ən görkəmli şəxsiyyətlərindən biri olan, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk bəyan edib: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir".
15 iyun 2021 - ci ildə Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində Azərbaycan - Türkiyə arasında müttəfiqlik haqqında "Şuşa Bəyannaməsini" imzalayıblar. Bu müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Bundan başqa, Türkiyə prezidenti Erdoğan Türkiyənin Şuşada Baş konsulluq açacağını bəyan edib. İlham Əliyev jurnalistlərə açıqlamasında deyib ki, "aramızdakı əməkdaşlığın adı müttəflqlikdir və bu, özü hər şeyi deyir". Bütün bunlar Azərbaycan - Türkiyə münasibətlərinin, qardaşlığının, birliyinin gerçək nümunələridir. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. Bu münasibətlərin korlanmasına heç bir qüvvə təsir edə bilməz. Bu gün iki ölkə arasındakı əlaqələr ən yüksək formadadır. Bu münasibətlər bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək. Biz birlikdə daha güclüyük!
Elsevər Umudov
YAP Saatlı rayon təşkilatının məsul işçisi
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-02-2025
06-02-2025