Mobil versiya
Şəhid Fərid Hüseynovun doğum günüdür - FOTOLAR
Tarix: 17-06-2021 | Saat: 17:29
Bölmə:Seçki 2024 | çapa göndər

Şəhid Fərid Hüseynovun doğum günüdür

Bu gün Sabirabad rayon Məmişlər kəndindən olan şəhid Hüseynov Fərid Yaşar oğlunun doğum günüdür.

Hüseynov Fərid Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçən Sabirabad rayonunun 44 şəhidindən biridir. O yaşasaydı 24 yaşı olacaqdı.

YAP Sabirabad rayon təşkilatı nümayəndələri Şəhidimizin doğum günü münasibəti ilə şəhidlərimizin əziz xatirəsinə ucaldılmış "Şəhidlər Ölməz Vətən Bölünməz" adlı abidənin açlış mərasimində iştirak etmişdirlər.

Mərasimdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva şəhidimizin ailəsinə və yaxınlarına səbr dilədi, şəhid ailələrinə və qazilərə diqqət və qayğı Dövlətin daim nəzarətinin üzərlərində olduğunu qeyd edərək vurğuladı.

Daha sonra tədbir iştirakçıları Şəhid Hüseynov Fəridin məzarını ziyarət edərək onun məzarı önünə gül çiçək dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad edib, ruhuna dualar oxumuşlar.

Allah şəhidlərimizə rəhmət eləsin!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə