Mobil versiya
Əxlaqsız müəllimin əməlləri faş oldu
Tarix: 26-04-2016 | Saat: 11:28
Bölmə:Cəmiyyət | çapa göndər

Əxlaqsız müəllimin əməlləri faş oldu




Rusiyanın Volqoqrad vilayətində 28 yaşlı Angelina D.-yə qarşı cinayət işi qaldırılıb. Orta mktəblərdən birində müəllim işləyən bu qadın 15 yaşlı şagirdini tovlayaraq ona təcavüz etməkdə suçlanır.
O, 8-ci sinifdə oxuyan oğlanla daha sonra sürəkli cinsi əlaqədə olub.
Voljsk şəhər sakini olan 28 yaşlı, 4 övlad anası olan müəllim qadına qarşı RF CM-nin 134 və 135-ci maddələri əsasında cinayət işi qaldırılıb.
Angelina D. bu ilin fevral ayından marta qədər 8-ci sinif şagirdi olan yeniyetmə ilə "aşiq-məşuq" olub.
Yeniyetmə müəllimin ona "vurulduğu" barədə sinif yoldaşlarına danışıb, qürrələnib. Az sonra bu biabırçılıqdan bütün məktəb xəbər tutsa da, şagirdlər və müəllimlər bu barədə yeniyetmənin valideynlərinə heç nə deməyiblər.
Fəqət, yeniyetmənin valideynləri Vkontakte sosial şəbəkəsində oğlanın müəllimi ilə yazışmasını, daha sonra isə onların öpüşmə anlarının əks olunduğu fotonu görüblər.
Angelina D. ittihamları qəbul edib.
4 övlad anası olan bu qadın əvvəllər uşaq bağçasında tərbiyəçi işləyib.
"Angelina şəxsi həyatı ilə məşğul olurdu, bütün günü əylənirdi, gəzirdi. Onun uşaqlarına isə anası baxırdı", - məktəbin müəllimləri deyiblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024