Mobil versiya
Təbriz Abdulxalıqov: “Şuşa Bəyannaməsi unikal tarixi nailiyyətdir”
Tarix: 17-06-2021 | Saat: 13:39
Bölmə:Gündəm | çapa göndər

Təbriz Abdulxalıqov: “Şuşa Bəyannaməsi unikal tarixi nailiyyətdir”

“Azərbaycan və Türkiyə münasibətləri daim inkişaf edir, möhkəmlənir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri zamanı da dövlətlərimiz arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamə də bu münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək. Məlumdur ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq tamamilə yeni bir mərhələyə keçid almışdır. Azərbaycan və Türkiyə Prezidentləri bu gün Şuşa Bəyannaməsini imzalamaqla yeni tarix yazdılar və bu tarix bütün Türk dünyasının həm nüfuzunun, həm də qüdrətinin daha da artması ilə əlamətdar olacaq.”

Bu fikirləri Qəbələ Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri-baş memar Təbriz Abdulxalıqov deyib.

Müsahibimiz qeyd edib ki, Türkiyənin Şuşa şəhərində baş konsulluğunun açılması qardaş ölkənin işğaldan azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işlərində aparıcı rol oynayacağını deməyə əsas verir: “Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə öz ərazi bütövlüyünü təmin edib. Möhtərəm Prezidentimizin də dediyi kimi, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Bu gün isə ölkəmiz işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə bərpa-quruculuq işlərini həyata keçirir. Təbii ki, bu işlərdə qardaş Türkiyənin rolu böyükdür. Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi bütün digər sahələrdə olduğu kimi, ölkələrimiz arasında Diplomatik münasibətlərin də yeni səviyyəyə keçidini şərtləndirir. Bu baxımdan Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar böyük əhəmiyyət kəsb edir. Lakin bu qərar iki ölkə arasında diplomatik münasibətləri dərinləşdirməklə yanaşı həm də iqtisadi hədəfləri də nəzərdə tutur. Belə ki,bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur Həm də bu işlərdə Türkiyə aparıcı rollardan birinə sahibdir. Heç şübhəsiz Şuşada Türkiyənin baş konsulluğunun açılması da qardaş ölkənin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində bundan sonra daha böyük rol oynayacağından xəbər verir”.

Həmçinin Təbriz Abdulxalıqov Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsinin ölkələrimizin imkanlarını birləşdirəcək və maraqlarının birgə müdafiəsini təmin edəcək tarixi sənəd olduğunu vurğulayıb: “Faktiki olaraq Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının strateji müttəfiqlik konsepsiyasına çevrilməsini təsdiq edən bir tarixi sənəd oldu. Artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Möhtərəm dövlət başçımızın da öz çıxışında dediyi kimi, bu, tarixi nailiyyətdir. Artıq bütün dünya bilməlidir ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq, bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Şuşa Bəyannaməsi mahiyyət etibarı ilə gələcəyimizə, hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinin təmin olunmasına hesablanmış unikal tarixi sənəddir.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025