Mobil versiya
Şuşa Bəyannaməsi daha geniş regional inteqrasiyaya xidmət edir - Pakistanlı ekspert
Tarix: 17-06-2021 | Saat: 11:53
Bölmə:Seçki 2024 | çapa göndər

Şuşa Bəyannaməsi daha geniş regional inteqrasiyaya xidmət edir - Pakistanlı ekspert

Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsi daha geniş regional inteqrasiyaya xidmət edir.

Bunu pakistanlı ekspert Xalid Taymur Əkrəm deyib.

O, bu nəhəng əməkdaşlıq təşəbbüsünü qiymətləndirdiyini bildirib:

"Bu, digər ölkələrin əməkdaşlığı üçün fundamental əsas yaradır və daha geniş regional inteqrasiyaya xidmət edir".

Ekspertin sözlərinə görə, Şuşa Bəyannaməsini nəzərdən keçirərkən aydın olur ki, bu sənəd ərazi bütövlüyü, digər ölkələrin daxili işlərinə müdaxilə etməmək siyasəti və qarşılıqlı hörmət prinsiplərini əhatə edir:

"Bu aspektlər ümumi məqsədlərə nail olmaq üçün siyasi və diplomatik münasibətlərin möhkəmlənməsi üçün vacibdir. Bu sənəd hərbi təhlükəsizlik tələblərinin və potensialının restrukturizasiyası və modernləşdirilməsi üzrə səylərin fəallaşdırılmasına yönəlib"

Pakistanlı ekspert bildirib ki, Türkiyə Azərbaycanın müttəfiqi olmaqla onu hər şəkildə dəstəkləyir: "Türkiyənin İkinci Qarabağ müharibəsi dövründə siyasi dəstəyi xüsusi tərifə layiqdir. Pakistan da Azərbaycan və Türkiyənin müttəfiqidir və onlara istənilən milli və beynəlxalq platformada dəstək göstərir".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə