AZ RU Mobil versiya
İngiltərə yığmasında məcburi dəyişiklik
Tarix: 15-06-2021 | Saat: 19:49
Bölmə:İdman | çapa göndər

İngiltərə yığmasında məcburi dəyişiklik

İngiltərə millisinin Avro-2020 üçün heyətində dəyişiklik edilib.

AiA.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Yığmanın qapıçısı Din Henderson ("Mançester Yunayted") bud əzələsində yaranan problemə görə məşqlərdə iştirak edə bilməyib və heyətdən kənarlaşdırılıb. Onun əvəzinə isə komandaya Aron Remsdeyl ("Şeffild Yunayted") cəlb olunub.

Qeyd edək ki, İngiltərə millisi Avro-2020-nin qrup mərhələsinin ilk turunda Xorvatiyaya 1:0 hesabı ilə qalib gəlib. Yığma növbəti görüşünü iyunun 18-də Şotlandiyaya qarşı keçirəcək. Matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

4111 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-07-2021
22-07-2021