Mobil versiya
YAP Hacıqabul rayon təşkilatının sədri və partiya fəalları şəhidin ailəsini ziyarət etdilər - FOTOLAR
Tarix: 14-06-2021 | Saat: 19:04
Bölmə:Cəmiyyət | çapa göndər

YAP Hacıqabul rayon təşkilatının sədri və partiya fəalları şəhidin ailəsini ziyarət etdilər

14 iyun 2021-ci il tarixdə YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov və partiya fəalları Şəhid Balabəyov Pərviz Tofiq oğlunun doğum günü münasibəti ilə şəhidin ailəsini ziyarət etdilər, Şəhid ailəsinin qayğıları ilə maraqlandılar. Şəhidin məzarını ziyarət edərək, ruhuna dualar oxudular. Şəhidin xatirəsinə hazırlanmış xüsusi hədiyyə anasına təqdim edildi.

Görüşdə YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov rəşadətli Ordumuzun, igid hərbiçilərimizin 44 günlük Vətən Müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışdı və vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacağını bildirdi. Dövlət tərəfindən şəhid ailələrinə xüsusi diqqət göstərildiyini qeyd edən YAP rayon təşkilatının sədri bildirdi ki, Şəhid ailələrinin, qazilərimizin məişət şəraiti günü-gündən yaxşılaşdırılır, onlara yeni mənzillər verilir, xüsusi təqaüd və müavinətlər ödənilir. Bu işlər biləvasitə Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında aparılır.

Şəhid anası Səbirə Balabəyova onlara göstərilən yüksək diqqət və qayğıya görə Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdi.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024