Mobil versiya
İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfərin ölümünə səbəb oldu - VİDEO
Tarix: 14-06-2021 | Saat: 09:11
Bölmə:Manşet / Ölkə | çapa göndər

İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfərin ölümünə səbəb oldu -

Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

aia.az APA-ya istinadən xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025