Ana Sayfa > Manşet / Ölkə > İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfərin ölümünə səbəb oldu -
İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfərin ölümünə səbəb oldu -14-06-2021, 09:11. Yazar: sevinc1 |
![]() Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib. aia.az APA-ya istinadən xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb. Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur. Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir. aia.az Geri dön |