Mobil versiya
Aleksandr Ata dəfn edildi
Tarix: 13-06-2021 | Saat: 14:27
Bölmə:Seçki 2024 | çapa göndər

Aleksandr Ata dəfn edildi


Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşein (Aleksandr Ata) dəfn edilib.

AiA.Az xəbər verir ki, Aleksandr Ata Birinci Fəxri xiyabanda dəfn edilib.

Qeyd edək ki, Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra iyunun 10-da vəfat edib.

----------

12:25

İyunun 13-də Rus Pravoslav Kilsəsində tanınmış din xadimi, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr İşeinlə vida mərasimi keçirilib.
AiA.Az Trend-ə istinadən bildirir ki, Aleksandr İşein Birinci Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Aleksandr İşein iyunun 10-da ömrünün 69-cu ilində vəfat edib.

Din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilən Arxiyepiskop 2002-ci ildə "Şöhrət" ordeni, 2012-ci ildə "Dostluq" ordeni, 2015-ci ildə isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə